Bakıda vaqon deposunda yanğın 

14:41 16.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda vaqon deposunda yanğın olub.

 

Hafta.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda Şimal vaqon deposunun ərazisində ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı texniki xidmət məntəqəsinin 1 otağının tavanı 12 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Məntəqənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.